modi hede

Hindistan “Meta” şirkətinin rəhbərlərinə qarşı cinayət işi açıb.

Globalinfo.az xəbər verir ki, buna səbəb Baş nazir Narendra Modi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta video və görüntülərin sosial şəbəkələrdə yayılması olub.

“Hindistan hüquq-mühafizə orqanlarının əməkdaşları “Meta” şirkətinin yerli filialının rəhbərinə, eləcə də “İnstaqram”da və “Facebook”da bir neçə sosial media hesabı operatoruna qarşı iki iş açıblar”, – deyə “The Times of India” məlumat verib.

İstintaqı Haydərabadın kibercinayətkarlıqla mübarizə polisi aparır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxta paylaşımlar imtahan suallarının sızdırılması ilə bağlı etirazlar fonunda yayılıb.

İstintaqçılar “Meta” şirkətinə rəsmi bildiriş göndərildiyini, həmçinin saxta məzmunu yayan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün araşdırmaların davam etdiyini bildiriblər.

Polis hesab edir ki, “Meta”nın Hindistan bölməsinin rəhbəri və mübahisəli paylaşımları yayımlayan hesab sahibləri bu iş üzrə ortaq məsuliyyət daşıya bilərlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: