telim

Argentinada meşə yanğınlarının söndürülməsi üzrə təlim zamanı “Bell 412” helikopteri qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə San-Xuan əyalətinin qubernatoru Marselo Orreqo “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 7 nəfər ağır xəsarətlər alıb.

Onların arasında 4 yüksək vəzifəli məmur da var.

Hadisə yerinə xilasedicilər göndərilib.

İlkin məlumata görə, helikopter qonşu əyalətdə meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün yola düşməzdən əvvəl təlim uçuşu həyata keçirib.

Helikopter İşiqualaşto təbiət parkının ərazisinə düşüb. Faktla bağlı araşdırma başladılıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: