1750052396 1745393382 pezeskian

İran Prezidenti Məsud Pezeşkian ölkə vətəndaşlarını düşmənə qarşı mübarizə aparmağa və ona qətiyyətlə müqavimət göstərməyə çağırıb. 

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

O bildirib ki, məqsəd zülm və haqsızlıqla barışmamaqdır:

“Eyni zamanda, biz də öz vətəndaşlarımıza zülm edə və ya onlara qarşı haqsızlıq göstərə bilmərik. İran müqavimətin bənzərsiz modeli olduğunu sübut edib”, – deyə Pezeşkian vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: