zelenski tramp

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri başlayıb. O burada ABŞ Prezidenti Donald Tramp və onun komandası ilə görüşlər keçirəcək. Ukrayna Prezidenti həmçinin senator Lindsi Qrehemin dəfn mərasimində iştirak edəcək.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Lindsi Qrem Rusiyanın Ukraynaya təcavüzü zamanı Kiyevə ən böyük dəstək verən ABŞ senatorlarından biri idi:

“Lindsi Qrem Ukraynaya dəfələrlə səfər edib, Kiyevə müharibədə dəstəyini ifadə edib. Bu baxımdan Zelenskinin onun dəfnində iştirak etməsi anlaşılandır.

Zelenski ABŞ rəsmiləri və Prezident Donald Trampla görüşlərində, ilk növbədə, müzakirə ediləcək məsələlərin başında Ukraynanın Rusiya ballistik raketlərinə qarşı müdafiə imkanlarının yaxşılaşdırılması dayanacaq.

Rusiyanın Ukraynaya ballistik raketlərlə hücumları böyük zərər verir. Zelenski bu ilin əvvəlindən Qərb müttəfiqlərindən dəstək üçün çağırışlar edir. Trampla təxminən üç həftə öncə Ankarada bu məsələ müzakirə edilmişdi”.

Politoloq deyib ki, Kiyevin hazırda ehtiyac duyduğu əsas vasitələr “Patriot” sistemləri və raketlərdir:

“Bu, ciddi bir problemdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, İranla müharibə zamanı ABŞ bu sistemlər üçün lazım olan raketlərdən istifadə edib.

Zelenski düşünür ki, ABŞ üzərindən Qərbə təzyiq edərək müttəfiqlərdən əlavə dəstək və maliyyə ala bilər. İki ölkə arasında müdafiə sənayesi istiqamətində əməkdaşlıq və imkanların bölüşdürülməsi də mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: