Tramp 1 900x506 1

ABŞ Prezidenti Donald Tramp İranla mümkün hərbi qarşıdurma və Tehranla münasibətlər barədə diqqətçəkən açıqlamalar verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Tramp bildirib ki, əgər İranla müharibə baş verərsə, bu əməliyyatın xərcləri ABŞ üçün problem yaratmayacaq.

Onun sözlərinə görə, Vaşinqton bütün hərbi xərcləri qarşılamaq imkanına malikdir və nəticədə bundan milyardlarla dollar gəlir əldə edə bilər.

ABŞ prezidenti bu fikrini əsaslandırarkən Venesuelanı nümunə göstərərək, həmin ölkə ilə bağlı siyasətin Vaşinqtona iqtisadi baxımdan fayda gətirdiyini iddia edib.

Bununla yanaşı, Tramp vurğulayıb ki, Tehran danışıqlara maraq göstərir və bu səbəbdən iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı hələ də qalır.

Tahir Turan
Globalinfo.az

Paylaş: