KstE6mDTJFRuip7v 637880502297289061

1995-ci ildə müəmmalı şəkildə qətlə yetirilən Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) casusu Tarık Ümitin ölümü yenidən gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, avtomobilindən qaçırılaraq qətlə yetirilən Ümitin ölümündən 31 il keçməsinə baxmayaraq, bəzi sirlər hələ də açılmayıb.

O, MİT-in ən gizli məlumatlarını və sui-qəsd siyahısını daşıyan gizli casus olub. Məlumata görə, T.Ümit 1995-ci il martın 2-də İstanbulun lüks məkanlarından birindən çıxaraq avtomobili ilə yola düşüb, lakin bundan sonra yoxa çıxıb və bir daha ondan xəbər alınmayıb.

Bir neçə gün sonra avtomobili Silivri bölgəsi yaxınlığındakı bir kənddə qapıları açıq və tərk edilmiş halda tapılıb. Baqajda əşyaları olduğu kimi qalıb, həmçinin avtomobilin açarı da üzərində olub. Lakin özü yoxa çıxıb.

T.Ümitin obrazı məşhur “Kurtlar Vadisi” serialında da yaradılıb. T.Ümitin serialda Pala xarakterinin prototipi olduğu deyilir. Amma Tarık Ümitin real həyatda qaçırılması və taleyinin müəmmalı qalması “Kurtlar Vadisi”ndə MİT-də yüksək vəzifə tutan Mitat obrazının qaçırılma səhnəsi ilə oxşardır. Mitat da tabe olmadığı üçün şəxsi avtomobilində yol gedərkən qaçırılır. Serilada onun qaçırılma səhnəsi göstərilmir, sadəcə maşınının qapsının açıq olduğu, işıqlarının yandığı tamaşaçıya təqdim edilir. Tarık Ümitin öldürülməsi haqda gəzən söz-söhbətlərdə iddia edilir ki, onu mafiya üsulu ilə aradan götürüblər – öldürüldükdən sonra üstünə beton tökülüb. Bu səbəbdən də cəsədinin hələ də tapılmadığı bildirilir.

Bəs belə güclü MİT casusu necə öldürülüb? 

Ətraflı videoda:

Paylaş: