zerer

ABŞ ordusunun iki həftə davam edən İran müharibəsində itkilərinin 20 milyard dollara çatdığı iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu hesablamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) analitikləri aparıblar.

Məlumatı “Tasnim” agentliyi yayıb.

Rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

“Hesablamalar ABŞ ordusuna məxsus məhv edilmiş və zədələnmiş hərbi texnikanın, eləcə də onların Pentaqonun müdafiə müqavilələri və büdcə sənədlərində göstərilən analoji avadanlıqlarla əvəzlənməsi xərcləri əsasında aparılıb.

Analitiklərin iddiasına görə, ən böyük zərər ABŞ-ın hava hücumundan müdafiə sistemləri və radarlarına dəyib. Onların bərpasının təxminən 7,5 milyard dollar tələb edəcəyi bildirilir.

İkinci yerdə 6,8 milyard dollar məbləğində zərərin dəydiyi logistika, anbarlar və infrastruktur gəlir. Bundan sonra 3,5 milyard dollar dəyərində təyyarə, pilotsuz uçuş aparatları və helikopterlər, 2,8 milyard dollar dəyərində isə komandanlıq və rabitə mərkəzləri yer alır”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: