0b3044d1 b219 448c b1a2 d40df88640db 3

İslam Respublikası hökumətinin rəsmisi Fatimə Mühacirani bildirib ki, Hökumət Prezident Məsud Pezeşkianın çıxışının bir hissəsini kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu barədə xəbərdarlıqlar xalq arasında harmoniya və birlik yaratmaq, hər cür parçalanma, fikir ayrılığı və özgələşmənin qarşısını almaq üçün edilib.

Fatimə Mühacirani İran Radio və Televiziya Şirkətinin yayıma ayrı-seçkilik və senzura ilə yanaşması barədə suala cavab olaraq deyib:

“Təbii ki, yerli media cəmiyyətin bütün səslərini, xüsusilə onun xidmətçilərinin, o cümlədən hökumətin səsini əks etdirməlidir”.

Xatırladaq ki, İranı dövlət televiziyasında Prezident Məsud Pezeşkianın və parlament sədri Məhəmməd Bağır Qalibafın çıxışlarının bir hissəsi ixtisar edilib. İran prezidentinin oğlu Yusif Pezeşkian dövlət televiziyasının bu hərəkətini tənqid edərək bildirib ki, ölkəni elə dövlət televiziyasındakı şəxs idarə etsin.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İran siyasi elitasında çox ciddi parçalanma var:

“Hakimiyyətə qarşı qüvvələr bütün imkanları ilə iqtidarı zəiflətməyə çalışırlar. Qeyd olunan hadisə də bu baxımdan qiymətləndirilməlidir. Faktiki olaraq Pezeşkiana təzyiq göstərilir, onun fəaliyyətinə imkan yaradılmır. Həmçinin prezidentin reputasiyasına zərbə vurulur, o, xalqın gözündən salınır.

0b3044d1 b219 448c b1a2 d40df88640db 2

Kənan Novruzov

İran siyasi elitasında vətəndaş müharibəsinə bənzər durum yaranıb. İran İslam İnqilabi Keşikçilər Korpusu (SEPAH) hakimiyyəti zəiflətmək üçün əlindən gələni edir. Proses getdikcə gərginləşəcək və iki tərəfdən birinin qələbəsi ilə nəticələnəcək. Təzyiqlər davam edərsə Pezeşkianın istefa məsələsi də gündəmə gələ bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: