
REKLAM BANNERİ
London meri Sadiq Xan İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə soail şəbəkə hesabında yazıb.
O bildirib ki, Netanyahu London üçün “arzuolunmaz şəxs” hesab olunur və Böyük Britaniyaya səfər edəcəyi təqdirdə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarının icra olunmasına çağırıb.
Əlaqəli xəbər
ABŞ İran müharibəsində məğlub olur? – Trampın sabiq müşavirinin iddiasının gerçəkləri
Sadiq Xan vurğulayıb ki, beynəlxalq hüququn tələblərinə bütün ölkələr riayət etməlidir və BCM-nin qərarları nəzərə alınmalıdır.
Bu açıqlama Netanyahu ilə bağlı beynəlxalq müzakirələrin davam etdiyi bir vaxtda verilib və yeni siyasi rezonans doğurub.
Tahir Turan
Globalinfo.az