İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Böyük Britaniyaya sərt mesaj ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bəyanatda bildirilib ki, İrana qarşı mümkün hərbi əməliyyatlarda istifadə edilən istənilən xarici hərbi baza qanuni hədəf hesab olunacaq.
SEPAH iddia edir ki, Böyük Britaniya ABŞ-yə hərbi bazalarından istifadə imkanı yaradarsa, həmin obyektlər İranın cavab tədbirləri çərçivəsində hədəfə çevrilə bilər.
Qurumun açıqlamasında vurğulanıb ki, İran ərazisinə hücum məqsədilə istifadə olunan bütün bazalar, hansı ölkəyə məxsus olmasından asılı olmayaraq, legitim hərbi hədəf kimi qiymətləndiriləcək.
Tahir Turan
Globalinfo.az