Özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə prokurorluq araşdırma aparır.
Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
***11:42
“Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir”.
Bu barədə Globalinfo.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
“Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”, – açıqlamada qeyd olunub.
Qeyd edək ki, “Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.