“Mançester Yunayted”in əfsanəvi futbolçusu vəfat etdi

İngiltərə millisinin və “Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu Bobbi Çarlton 86 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, keçmiş futbolçuya demensiya diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi 1966-cı ildə dünya çempionu olub. Eyni ildə o, “Qızıl top”la mükafatlandırılıb. “Qırmızı şeytanlar”ın heyətində isə futbolçu üçqat İngiltərə çempionu olub, həmçinin 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Superkubokunun sahibi olub. Eyni zamanda, idmançı “Mançester Yunayted”lə Avropa çempionları kubokunun qalibi olub. Çarlton karyerasının, demək olar, 19 ilini Mançester təmsilçisinə həsr edib.