abs iran 99 900x596 3

ABŞ Silahlı Qüvvələri Çabahar limanında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istifadə etdiyi müşahidə qülləsini məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

ABŞ hərbçiləri Çabahar limanında yerləşən müşahidə qülləsini məhv edib. Bu obyekt Oman körfəzi sahilləri boyunca fəaliyyət göstərən dəniz müşahidə sisteminin tərkib hissəsi idi. SEPAH onilliklər ərzində həmin sistemdən Hörmüz boğazından keçən kommersiya gəmilərini izləmək və onlara qarşı hücumları həyata keçirmək üçün istifadə edib”, – deyə açıqlamada bildirilib.

ABŞ Mərkəzi Komandanlığı qeyd edib ki, müşahidə qülləsinin sıradan çıxarılması SEPAH-ın gəmilərə qarşı hücumları planlaşdırmaq və koordinasiya etmək imkanlarını zəiflədir. ABŞ ordusunun həyata keçirdiyi zərbə region sularında təhlükəsiz gəmiçiliyin təmin olunmasına yönəlib. Bununla belə, açıqlamada bildirilib ki, bu təhlükəsizlik ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasını pozmağa cəhd edən gəmilərə aid deyil.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: