İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, IRNA agentliyinin məlumatına görə, Buşehr şəhərində iki partlayış qeydə alınıb.
Mehr agentliyi İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində də partlayış səsinin eşidildiyini vurğulayıb.
Tasnim agentliyinin məlumatına görə isə, İranın cənub-şərqindəki Sistan və Bəlucistan vilayətində yerləşən İranşəhr şəhərinin hava limanına zərbə endirilib.
Mümkün dağıntılar və itkilər barədə hələlik ətraflı məlumat açıqlanmayıb.