tramphy qnnadatel e irani vera n363510 1

İran silah istehsalı imkanlarının böyük hissəsini itirib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Onlar böyük ölçüdə silah istehsal etmək qabiliyyətini itiriblər. Söhbət istehsal potensialının təxminən 84%-nin məhv edilməsindən gedir”, – Tramp “Newsmax” telekanalına müsahibəsində bildiribş

Bundan əlavə, Tramp iyulun 13-də ABŞ-ın yaxın günlərdə İrana qarşı silsilə güclü zərbələr endirəcəyini açıqlamışdı. Onun sözlərinə görə, Tehran memorandum üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

ABŞ Prezidenti sənədin imzalanmasını İran üçün bir növ sınaq adlandırıb və bildirib ki, Tehran bu sınaqdan uğurla keçə bilməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: