WhatsApp Image 2026 02 25 at 10.24.51

Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, ölkəmiz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləyib.

Sitat: “Dəniz ticarət limanımız 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq”.

Globalinfo.az xəbər verir ki, bununla bağlı deputat Vüqar Bayramov fikirlərini bölüşüb.

O qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi regionun nəqliyyat və logistik habına çevirir:

“Beynəlxalq yükdaşımalar bir tərəfdən ölkənin geo-siyasi mövqeyini gücləndirir, digər tərəfdən dövlət gəlirlərini artırır. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta dəhlizin mühüm seqmentinə çevrilələrək Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq.

Bəs Azərbaycan beynəlxalq yükdaşımalardan nə qədər gəlir əldə edir?

2025-ci ildə dəmir yolları vasitəsi ilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Onun 6 milyon 695 min tonu birbaşa tranzit yüklər olub. İdxal yükləri 4 milyon 723 min ton, ixrac isə 2 milyon 850 min ton olub. Dəmir yolları üzrə yük daşınmasından əldə olunan gəlir 383 milyon 996 min manat olub. Onun da 333 milyon 911 min manatı isə beynəlxalq yükdaşımaların payına düşüb.

2025-ci ildə hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 2 milyard 398 milyon manat olub ki, onun da 2 milyard 397 milyon manatı beynəlxalq yükdaşımaların payına düşüb”.

Deputat qeyd edib ki, ötən il beynəlxalq yükdaşımalardan dəniz nəqliyyatı üzrə 57 milyon 382 min, boru kəmərlərii üzrə 266 milyon 560 min, avtomobil yolları üzrə 204 milyon 275 min manat gəlir əldə edilib:

“Bu ilin ilk rübünün rəsmi yekunları da ümidvericidir. Dəmiryolu vasitəsi ilə bu ilin 3 ayı əldə edilən gəlir 96 milyon 049 manat olub ki, onun da 81 milyon 765 min manatı beynəlxalq yükdaşımaların payına düşüb. Hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 571 milyon 292 min manat olub ku, beynəlxalq yükdaşımaların payı 571 milyon 50 min manatdır.

Rəsmi rəqəmlər göstərir ki, ötən il beynəlxalq yükdaşımalardan əldə edilən gəlir 3.3 milyard manat olub. Bu o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilmiş hədəfin reallaşması Azərbaycanın il ərzində beynəlxalq yükdaşımalardan 7 milyard manata yaxın gəlir əldə etməsinə imkan yaradacaq. Bu iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaqla yanaşı, Azərbaycan dövlət gəlirlərinin artmasına şərait yaradacaq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: