iran1

ABŞ-ın Bəhreyndəki hərbi infrastrukturu, həmçinin Omandakı hava və dəniz müşahidə radarları məhv edilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.

Bildirilib ki, əməliyyat ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

İyulun 13-də səhər saatlarında isə Bəhreyn Daxili İşlər Nazirliyi hava həyəcanı siqnallarının verilməsi fonunda ölkə sakinlərinə sığınacaqlara çəkilməyi tövsiyə edib.

Bundan başqa, İordaniya Müdafiə Nazirliyi ölkə üzərində İranın buraxdığı dörd raketin hərbçilər tərəfindən ələ keçirilərək məhv edildiyini açıqlayıb.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Vaşinqton və Tehran arasında qüvvədə olan atəşkəsin artıq başa çatdığını bəyan etmişdi. ABŞ-ın zərbələri bərpa etməsindən sonra Tramp İran rəhbərliyini sərt şəkildə tənqid edərək iranlıları “xəstə insanlar” və “cəmiyyətin tullantıları” adlandırmış, İranı isə Yaxın Şərqdə sabitlik naminə aradan qaldırılmalı olan “xərçəng şişi” ilə müqayisə etmişdi.

O, həmçinin Tehranla danışıqların artıq mənasız olduğunu bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: