İranda hava hücumu xəbərdarlığı: Azərbaycan hədəf göstərilir

SEPAH-a yaxın mətbuat qurumları bildirir ki, İran ordusuna hava hücumundan müdafiə sistemlərinin (HHM) hazır vəziyyətə gətirilməsi barədə əmr verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.

Məlumata görə, ölkənin şimal-qərb sərhədlərində (Azərbaycan) baş verən aktivlik səbəbilə HHM sistemləri hazır vəziyyətdədir.

Təbriz şəhərində yerləşən İkinci Bazadakı hava və hava hücumundan müdafiə qüvvələrinə yarana biləcək təhlükələrə qarşı ayıq-sayıq olmaq tapşırılıb.