elisafa 1

Ötən gün Ucar rayonunun Qazyan kəndi ərazisindən keçən su arxında boğulan 2010-cu il təvəllüdlü Əlisafa Hacıyevin meyiti tapılıb. 

Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, o, bu il Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyinin 9-cu sinfini bitirib.

Onun atası Məhəmməd Hacıyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. M.Hacıyev Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunlarının hərbçisidir. Mərhum yeniyetmə özü də hərbi liseylərə qəbul üçün sənədlərini təqdim edib. Lakin nəticələr hələlik açıqlanmayıb.

Qeyd edək ki, yeniyetmənin meyiti bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş: