ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ı İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb.
“Qarşılıqlı Anlaşma Memorandumunun 9-cu bəndini pozan ABŞ maliyyə nazirindən (Skott Bessent) fərqli olaraq, İran indiyə qədər sözünün üstündə durur”, – Əraqçi deyib və öhdəlikləri pozmaqdıqlarını iddia edib.
Əraqçi bildirib ki, sanksiyaların tətbiqi də digər addımlar kimi, ABŞ-ın razılaşmanı pozmasıdır. Onun fikrincə, sənədə hər iki tərəf riayət etməlidir. “Yalnız qarşılıqlı riayət mümkündür”, – XİN başçısı İranın da memorandumu poza biləcəyinə eyham vurub.
Xatırladaq ki, İran XİN-in sözçüsü İsmayıl Bəqai daha əvvəl ABŞ-ı eyni səbəbə görə tənqid edib. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə məsələni ən böyük təsisatda qaldırıb.
O ki qaldı ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına, bu, əsasən İran elitasının maliyyələşdirilməsi ilə əlaqəli hesab olunan Əli Ənsari, üç İran şirkəti, Honkonq və BƏƏ-dən olan bir firmalara aiddir.
Iran has so far kept its word, unlike the so-called U.S. Treasury Secretary who is violating Para 9 of the MoU.
That violation follows other violations and missteps by the United States.
Reality check: There can only be mutual compliance.
— Seyed Abbas Araghchi (@araghchi) July 11, 2026