Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qərblə aparılan danışıqlara dair son bəyanatı Moskva ilə Avropa ölkələri arasında diplomatik uçurumun daha da dərinləşdiyini göstərib. Söhbət Ukrayna ilə bağlı aparılan müzakirələrdən gedir.
Globalinfo.az-ın xəbərinə görə, britaniyalı siyasətçi Cim Ferqyuson bildirib ki, Lavrovun səsləndirdiyi fikirlər tərəflər arasında artan diplomatik qarşıdurmanı bir daha nümayiş etdirir.
O qeyd edib ki, bu açıqlamalar mövcud şəraitdə Rusiya ilə Qərb arasında konstruktiv danışıqların mümkün olub-olmaması ilə bağlı yeni suallar yaradır.
Xatırladaq ki, Sergey Lavrov daha əvvəl Rusiyanın artıq Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Qərb ölkələrinin bəyanatlarına inanmadığını söyləyib.
Nazirin fikrincə, Qərb dövlətləri Ukrayna böhranının həllinə çalışdıqlarına dair süni görüntü yaradırlar. Əslində isə Moskvaya müxtəlif ultimatumlar irəli sürərək danışıqları imitasiya edirlər. Bu mövqe tərəflər arasında etimad böhranının daha da dərinləşdiyini göstərir.
Əliyar Xəlil