dffd

Bu gün Azərbaycan təmsilçisi “QarabağAvropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.

Globalinfo.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya “Vestri”si ilə ilk oyuna çıxacaq.

Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Roman Jitar (Moldova) idarə edəcək.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qarabağ” – “Vestri” cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

20:00. “Qarabağ” (Azərbaycan) – “Vestri” (İslandiya).

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova).

VAR: Luka Çibelli (İsveçrə).

***

Qarabağ” – “Vestri” matçının start heyətləri aşağıdakı kimidir:

Qarabağ”: 99 Mateuş Koxalski, 2 Mateus Silva, 55 Bədavi Hüseynov (k), 4 Bense Varkonyi, 5 Bruno Lanqa, 35 Pedro Bikalyo, 8 Marko Yankoviç, 20 Kadi Borges, 21 Aleksey Kaşuk, 10 Abdullah Zubir, 11 Zakaria Savo.

Ehtiyat oyunçular: 1 Şahruddin Məhəmmədəliyev, 23 Martin Zlomişliç, 13 Bəhlul Mustafazadə, 18 Dani Bolt, 24 Jeremi Qnali, 25 Cebrail Makreckis, 44 Elvin Cəfərquliyev, 30 Abbas Hüseynov, 7 Jali Muaddib, 9 Joni Montiel, 17 Kamilo Duran, 28 Samuel Lobato, 29 Renaldo Sefas, 32 Hikmət Cəbrayılzadə, 22 Musa Qurbanlı.

“Vestri”: 1 Steinarsson, 15 Svavarsson, 3 Edson Eduardo Dias Qom, 12 Fete, 22 Qardarsson (k), 10 Haftorsson, 17 Hauksson, 29 Çeşmedciyev, 77 Fall, 6 Balde, 23 Hermannsson.

Ehtiyat oyunçular: 13 Olafsson, 4 Torsteinsson, 5 Siqurdsson, 8 Qunnarsson, 9 Qudmundsson, 11 Finboqason, 14 Maqnusson, 16 Vilhyalmsson, 18 Helqason, 20 Yonsson, 21 Arason.

***

Matç başladı.

***

Zakaria Savo 29-cu dəqiqədə hesabı açdı.

***

Abdullah Zubir 45+2-ci dəqiqıdə fərqlənir.

***
Fasilə

***

İkinci hissə başladı.

Paylaş: