“Ermənistan hakimiyyəti TRIPP layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsinin İran üçün hər hansı təhlükə və ya çağırış yaratmayacağına dair təminat verib”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirgolami açıqlayıb.
Səfirin sözlərinə görə, Ermənistanın blokadanın aradan qaldırılması istiqamətində imkanlardan istifadə etməsi üçün müəyyən mexanizmin yaradılması vacibdir.
Lakin eyni zamanda regionda ABŞ-ın mümkün iştirakından irəli gələn risklər və İranın təhlükəsizliyi ilə bağlı narahatlıqlar da nəzərə alınmalıdır:
“Biz elə bir mexanizm yaratmalıyıq ki, Ermənistan blokadanın aradan qaldırılması imkanını həyata keçirə bilsin.
Bununla yanaşı, regionda ABŞ-ın mövcudluğunun yarada biləcəyi mümkün riskləri və İran üçün təhlükələri idarə etmək, bu məsələlərə aydın cavab vermək lazımdır”.
Safura Bənnayeva
Globalinfo.az