makron 1 900x634 1

Fransanın sağçı Milli Yürüş Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen 2027-ci il seçkilərində Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Jordan Bardella və mən bu prezidentlik kampaniyasına çox tezliklə başlayacağıq”, – deyə siyasətçi qeyd edib.

Le Pen əlavə edib ki, seçiləcəyi təqdirdə Bardella baş nazir olacaq.

Bundan əvvəl Fransa Apelyasiya Məhkəməsi Marin Le Penin Avropa İttifaqının (AB) vəsaitlərindən sui-istifadə ittihamı ilə bağlı hökmünü qüvvədə saxlamışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: