poltava

Ukraynanın Poltava bölgəsində “Mi-8” helikopteri qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, helikopter Rusiya pilotsuz təyyarəsinin hücumunu dəf etmək üçün döyüş tapşırığını yerinə yetirən zaman qəza edib.

Nəticədə ekipaj komandiri kapitan Yuri Voron, şturman mayor Valentin Mukşinov, uçuş mühəndisi baş leytenant Boqdan Xmil və hava topçusu kiçik çavuş Mixaylo Deryaqa həlak olublar.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: