esr

Paytaxtın Nizami rayonu Qara Qarayev prospektində zəncirvari qəza baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dörd avtomobilin toqquşduğu hadisədə 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Mətbuat xidmətinin baş inspektoru Rüstəm Əhmədli bildirib ki, faktla bağlı araşdırma aparılır: “Hadisə Rakif Səlifovun idarə etdiyi “Chevrolet” markalı 77-MM-144 dövlət nömrə nişanlı, Tapdıq Süleymanovun idarə etdiyi “Ford” markalı 77-KM-615 dövlət nömrə nişanlı, Almara Yusifovanın idarə etdiyi “Hyundai” markalı 99-KK-766 dövlət nömrə nişanlı və Tural Abışzadənin idarə etdiyi “Changan” markalı 77-XC-080 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində baş verib.

Nəticədə, “Chevrolet”in sürücüsü Rakif Səlifov, həmin avtomobildə olan sərnişin Fərqanə İsayeva və “Hyundai” markalı avtomobildə olan sərnişin Fidan Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır”.

Paylaş: