Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Kişinyov hava limanında rusiyalılar uzun sürən axtarışlara və sorğu-suallara məruz qalırlar:
“Bəziləri heç bir izahat verilmədən ölkəyə buraxılmırlar. Moldova tərəfi Rusiya konsulluq əməkdaşlarına vətəndaşlarımıza baş çəkməyə icazə vermir”, – Rusiya XİN qeyd edib.