Qarabağdakı sülhməramlılarla bağlı dəyişiklik – Rusiyadan kritik açıqlama

Sülhməramlıların mühasirəyə alınması məlumatı doğru deyil” » Qarabaginfo.az

“Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti son hadisələr nəzərə alınmaqla dəyişdiriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Sülhməramlıların fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq. Onlar artıq ərazidə bir sıra stasionar və müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün nə zaman keçiriləcəyi hələ məlum deyil. Moskva dəqiqləşdiyi an elan edəcək. Moskva Bakı ilə bununla bağlı bəzi fundamental məsələləri müzakirə edəcək”,-Zaxarova bildirib.

Ayşən Mustafa
Globalinfo.az