“Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı qərar verməsini gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu KTMT-də Rusiyanın daimi nümayəndəsi Viktor Vasilyev “RİA Novosti”yə bildirib.
Ermənistan tərəfdən hansı addımların gözlənildiyi ilə bağlı suala cavab verən Vasilyev belə deyib:
“Onlar təşkilatda qalacaqlarmı, yoxsa başqa ssenariyə üstünlük verəcəklər – bununla bağlı qərar verməlidirlər. Bu barədə bizə məlumat verməlidirlər”.
Əliyar Xəlil
Globalinfo.az