IMG 1540

Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində ilkin məlumata görə, azı 32 nəfər olub.

Globalinfo.az xəbər verir ki, bunu respublikanın səlahiyyətli prezidenti Delsi Rodriqez bildirib.

Onun sözlərinə görə, bu təbii fəlakət nəticəsində 700 nəfər zərər çəkib.

Paytaxt Karakasın Çakao bələdiyyəsinin meri Qustavo Dukev isə deyib ki, binaların dağıntıları altından 18 nəfər sağ çıxarılıb.

Xatırladaq ki, Bakı vaxtı ilə cümə axşamı gecəsi Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) sonradan 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

***08:50

Venesuela son illərin ən ağır təbii fəlakətlərindən biri ilə üz-üzə qalıb. Ölkənin şimal sahilləri yaxınlığında cəmi 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politika Stranı” məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar paytaxt Karakas da daxil olmaqla bir sıra bölgələrdə ciddi dağıntılara səbəb olub. Prezident səlahiyyətlərini icra edən Delsi Rodriqes ölkədə fövqəladə vəziyyət elan edildiyini və insan tələfatının olduğunu təsdiqləyib.

ABŞ Geoloji Xidmətinin ilkin qiymətləndirmələrinə görə, fəlakətin nəticələrinin çox ağır ola biləcəyi bildirilir. Qurum mümkün qurbanların sayının minlərlə nəfərlə ölçülə biləcəyini istisna etmir. Hazırda yüzlərlə xilasedici dağıntılar altında qalan insanları tapmaq üçün əməliyyatları davam etdirir.

Hadisəyə münasibət bildirən ABŞ Prezidenti Donald Tramp da vəziyyətin son dərəcə ağır olduğunu vurğulayıb.

Venesuela xalqını sarsıdan bu iki güclü zəlzələ çox böyük dağıntılara və çoxsaylı insan itkisinə səbəb olub. ABŞ kömək etməyə hazırdır. Bütün aidiyyəti dövlət qurumlarına sürətli reaksiya üçün hazırlıq göstərişi vermişəm. İlk məlumatlar ürəkaçan deyil”, – deyə Tramp bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: