Xəbər verdiyimiz kimi, İsçevrədə keçirilən ABŞ–İran danışıqlarının gərgin anlar yaşanıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı görüntülər yayılıb.
Kadrlarda İranın xarici işlər naziri Abbas Əraqçinin danışıqların dayandırılması barədə Pakistanın Baş naziri Şahbaz Şərifə məlumat verdiyi görünüb.
Digər tərəfdən, ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin reaksiyası diqqət çəkib.
Əraqçi və Şərifi müşahidə edən diplomat təəccübünü gizlədə bilməyib.
Ardınca Vens İran tərəfinin qərarının səbəblərini öyrənmək üçün Şəriflə danışmağa gedib.
Qeyd edək ki, dünən İranın ABŞ ilə İsveçrədə danışıqlarda iştirak edən nümayəndə heyəti Vaşinqton adminsitrasiyasının rəhbəri Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqların keçirildiyi məkanı tərk etmişdi. Lakin iyunun 22-də danışıqların yenidən davam edəcəyi gözlənilir. Hazırda İran nümayəndə heyətinin hələ də İsveçrədə olduğu bildirilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.
İsviçre’de iplerin koptuğu an.
Arakçi’nin zirveyi terk ettiklerini Pakistan Başbakanı Şahbaz Şerif’e iletiyor. İkna çabaları sonuçsuz.
Vance şaşkın. İranlıların neden böyle bir karar aldığını öğrenmek için Şerif’in yanına geliyor. pic.twitter.com/uDvMoSUg6i
— Zafer Şahin (@zafersahin06) June 21, 2026
Əliyar Xəlil
Globalinfo.az