Rusiyada Primorsk diyarında meşə aviasiyasına məxsus “Robinson R44” tipli helikopterlə əlaqə itib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
Bildirilib ki, Primorsk diyarında itkin düşən Robinson helikopterinin göyərtəsində ekipajın iki üzvü – pilot və müşahidəçi-pilot olub.
Hazırda axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.