burgenshtok gorush

“Axios” nəşrinin müxbiri Barak Ravid İran nümayəndə heyətinin İsveçrədə ABŞ ilə aparılan məsləhətləşmələri davam etdirdiyini bildirib.

***

İranın ABŞ ilə İsveçrədə danışıqlarda iştirak edən nümayəndə heyəti Vaşinqton adminsitrasiyasının rəhbəri Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqların keçirildiyi məkanı tərk edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.

Agentlik hazırda dnaışıqların dayandırıldığını və onun gələcək taleyinin qeyri-müəyyən olduğunu bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.

***

İsveçrədə Pakistan və Qətərin vasitəçiliyi ilə davam edən İranABŞ danışıqlarına daxili məsləhətləşmələrin aparılması məqsədilə fasilə verilib.

Bu barədə “Fars” Agentliyi məlumat yayıb.

Nümayəndə heyətlərinin bu fasilədən istifadə edərək öz paytaxtları ilə əlaqə saxlaması və son inkişaflarla bağlı fikir mübadiləsi aparması gözlənilir.

İran Xarici İşlər Nazirliyinin və danışıqlar üzrə nümayəndə heyətinin sözçüsü İsmayıl Bəqai bildirib ki, fasilədən sonra görüşlər yenidən davam etdiriləcək. Onun sözlərinə görə, danışıqların Türkiyə vaxtı ilə saat 20:00-da başa çatması gözlənilir.

Qeyd edək ki, danışıqlarda ABŞ nümayəndə heyətinə Vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf başçılıq edir(APA).

***15:42

İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞİran arasında danışıqlar rəsmən başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Paylaş: