Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının uşaqla dialoqu gündəm olub.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Kadrlarda bir uşaq MHP liderinin qarşısında şeir söyləyir:

“Kurt uykudan uyanmış

Ulumaya başlamış

Uçak olup uçalım, uzak yerlere kaçalım

Auuuuuuuu”.

Uşağın sözlərindən sonra Baxçalı gülümsəyərək belə cavab verib:

“Niyə qaçırsan, övladım? Buranı dəyişdir, ülkücülər qaçmaz”.

Qısa dialoq sosial mediada sürətlə yayılaraq istifadəçilər arasında maraqlı müzakirələr yaradıb.

Qeyd ki, “ülkücü” Türkiyədə türk milliyyətçiliyi ideologiyasını mənimsəyən, əsasən Milliyyətçi Hərəkat Partiyası (MHP) və Ülkü Ocaqları hərəkatı ilə əlaqələndirilən şəxslərə deyilir.

“Bozqurd” simvolu da ülkücü hərəkatın əsas rəmzlərindən hesab olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: