messi milli

Lionel Messinin atası haqda yalan məlumat yayan aparıcı işdən çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnfobae” məlumat verib.

“Söhbət argentinalı teleaparıcı Florensiya Penyadan gedir. “Luzu TV”nin sahibi Nikolas Okkyato bildirib ki, efirdə həssas məlumatlar əvvəlcədən yoxlanılmadan yayıla bilməz.

Bu səbəbdən rəhbərlik hadisədə məsul olan bütün şəxslərlə əməkdaşlığa son qoymaq qərarı verib. Beləliklə, Florensiya Penya layihəni tərk edəcək”, – deyə bildirilib.

Qeyd edək ki, ilin əvvəlində Messinin atasının ciddi sağlamlıq problemi yaşadığı barədə məlumatlar yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: