Yunanıstanın Baş nazir Kiriakos Mitsotakis Ukrayna lideri Volodimir Zelenskiyə müharibənin əməliyyat zonasından kənara çıxmasının qarşısını almaq barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Nəşrin məlumatına görə, məsələ Brüsseldə keçirilən Avropa İttifaqı sammiti çərçivəsində siyasətçilərin görüşü zamanı qaldırılıb.
Müzakirəyə Yunanıstan sahillərində Ukrayna hərbi dəniz pilotsuz təyyarəsinin aşkarlanması ilə bağlı hadisə səbəb olub.
Tahir Turan
Globalinfo.az