ABŞ-dan türk dövlətlərinə kritik səfər başlayır

ABŞ Maliyyə Nazirliyinin rəsmi nümayəndəsi Elizabet Rozenberq Mərkəzi Asiyaya səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.

Rozenberqin səfərinin aprelin 23-dən 28-nə qədər davam edəcəyi bildirilib. Səfər çərçivəsində onun Astana və Bişkekdə olacağı vurğulanıb. E.Rozenberqin türk dövlətlərini Rusiyaya qarşı sanskiyaların dəlinməsinə yol verməməyə inandırmağa çalışacağı bildirilib.

Qeyd edək ki, son günlər Qərbdən, xüsusilə də ABŞ-dan Mərkəzi Asiyaya səfərlər artıb. Bu səfərlərin daha çox Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı olması diqqət çəkir. Belə ki, bütün maneələrə baxmayaraq, hər iki ölkə hazırda Rusiyaya reeksportun həyata keçirilməsi üçün əsas istiqamətlər sayılır. Onlardan sonrakı yerlərdə Ermənistan qərarlaşır.

İlkin Həsənov
Globalinfo.az