Rusiya Prezidenti Vladimir Putin G7 sammitində iştirak etmək üçün dəvət almayıb.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə Putinlə görüşməyə hazır olduğunu açıqlamışdı.
O, bunu hərtərəfli görüş üçün yaxşı fürsət adlandırmışdı, çünki ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron da sammitdə iştirak edəcəklər.
Qeyd edək ki, G7 sammiti 15-17 iyun tarixlərində Fransanın Evian-le-Ben şəhərində keçirilir.
Makron təşkilata üzv dövlətlərin rəhbərlərindən əlavə, Ukrayna, Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ liderlərini də dəvət edib.
Əliyar Xəlil
Globalinfo.az