799babbf 8b45 4566 84c8 e2663be7c429

Azərbaycan Autizm Assosiasiyası və Türk Dövlətləri Autizm Federasiyasının prezidenti Elnur Məmmədli, Assosiasiyanın vitse-prezidenti Sona Əliyeva və Assosiasiyanın üzvlərinin iştirakı ilə Qazaxıstan Respublikasından Azərbaycana səfərə gələn Qazaxıstan Parlamentinin deputatları Guldara Nuriyüva, Azhar Saqandıpova və EECA regionu üzrə regional menecer Aleysa Matuseviç ilə görüş baş tutub.

Globalinfo.az xəbər verir ki, görüş zamanı autizm sahəsində mövcud problemlər və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həmçinin gələcəkdə Türk dünyasında, eləcə də Azərbaycan və Qazaxıstan arasında autizm sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımların atılmasının vacibliyi vurğulanıb.

6cf1ac55 1c73 4789 87f5 25a420fd2a9f 9d9645ff 80d5 4f3a 848e 07047430b557 1 162975b7 cc2f 4f9a 8393 130713b795e2 e34cba5e e622 4ee4 a96f 5bab9d04843d

Globalinfo.az

Paylaş: