FotoJet 2023 03 16T181421.126

Moldova parlamenti dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini təsdiqləyib.

Bu qərar iclasda hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan deputatların səs çoxluğu ilə qəbul edilib.

“Konstitusiya Məhkəməsinin bəzi qərarlarının icrası haqqında qanun layihəsi ikinci oxunuşda 58 deputatın səsi ilə qəbul edilib”, – qanunverici orqanın sədri İqor Qrosu iclasda bildirib.

Dəyişikliyə əsasən, bütün qanunvericilik aktlarında “moldova dili” sözləri “rumın dili” sözləri ilə əvəz edilir. Bu, “dövlət”, “rəsmi” və “ana dil” sözlərinə də aiddir. Bundan başqa, köhnəlmiş hesab edilən “latın qrafikası əsasında fəaliyyət göstərən” sözləri konstitusiyadan çıxarılıb.

Paylaş: