sabah

Azərbaycanın “Sabahfutbol klubunun 2026-cı il dünya çempionatı ilə bağlı paylaşımına minlərlə bəyənmə gəlib.

Globalinfo.az xəbər verir ki, klub Cənubi Afrikadan transfer etdiyi Aden Makkartinin fotosunu paylaşaraq sözügedən ölkəyə mesaj verib.

“Uğurlar, Cənubi Afrika! P.S. Amma növbəti böyük turnir üçün bizim oğlanı da yığmaya çağırmağı unutmayın. Bilirsiniz ki, o, hazırdır. P.P.S. Həm də fürsət düşmüşkən, kapitan sarğısını da ona verin. Heç bir təzyiq yoxdur”, – “Sabah”ın zarafat məzmunlu paylaşımında bildirilib.

Sözügedən paylaşıma 40 minə yaxın bəyənmə, minlərlə şərh gəlib.

Paylaş: