
Böyük Britaniyanın müdafiə naziri Con Hili vəzifəsindən istefa verdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nazir məktubunda Ukraynaya dəstək və NATO daxilində Britaniyanın mövqeyinin gücləndirilməsi istiqamətində gördüyü işlərdən məmnun olduğunu qeyd edib.
Lakin o, Müdafiə İnvestisiya Planının maliyyələşdirilməsi ilə bağlı narazılığını bildirib və ayrılan vəsaitin ölkənin müdafiə ehtiyaclarını qarşılamadığını vurğulayıb.
Nazir qeyd edib ki, Silahlı Qüvvələr üçün lazımi resursların təmin olunmaması səbəbilə vəzifədən getməkdən başqa seçimi qalmayıb.
Safura Bənnayeva
Globalinfo.az