s%C9%99rh%C9%99d

TürkiyəErmənistan normallaşma prosesində praktiki mərhələyə keçid etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Məlumata görə, TürkiyəErmənistan münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmağa hazırlaşır.

Belə ki, ilk mərhələdə İğdır vilayətində yerləşən Alican sərhəd-keçid məntəqəsinin açılması planlaşdırılır. Sonrakı mərhələdə isə Qars vilayətindəki Akyaka sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması da gündəmə gələ bilər.

Sərhəd-keçid məntəqələrinin açılmasından sonra avtomobil nəqliyyatı əlaqələrinin bərpası və birbaşa ticarət münasibətlərinin qurulması nəzərdə tutulur.

Ankara və İrəvan ikitərəfli ticarət dövriyyəsini hazırkı 300–350 milyon dollardan 1 milyard dollara çatdırmağı hədəfləyir.

Türkiyə-Ermənistan sərhədinin açılması son illərin ən mühüm regional hadisələrindən biri kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, bu addım yalnız iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə deyil, həm də Cənubi Qafqazın Avropa və Yaxın Şərq bazarları ilə inteqrasiyasının güclənməsinə, eləcə də regional nəqliyyat-logistika layihələrinin inkişafına əlavə imkanlar yaradacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: