ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə İsrail arasında mümkün qarşıdurma ehtimalı barədə suala cavab verib.
Globalinfo.az-ın xəbərinə görə, o, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan haqqında müsbət fikirlər səsləndirib.
“Ərdoğanı çox bəyənirəm. O, güclü liderdir. Türkiyə ilə bağlı belə bir vəziyyətin baş verəcəyini düşünmürəm. Ən azı mən prezident olduğum müddətdə bu, baş verməyəcək. Çünki Ərdoğan mənə hörmət edir, mən də ona adekvat yanaşıram”, – deyə Tramp bildirib.
ABŞ prezidenti bununla Türkiyə və İsrail arasında mümkün qarşıdurmanın baş vermə ehtimalını aşağı qiymətləndirdiyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az