İran parlamenti Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsinə dair güclü qətnamə qəbul etməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Iran International” telekanalı məlumat yayıb.
İran parlamenti sədrinin müavini Həmidrza Hacı-Babai bildirib ki, deputatlar artıq bununla bağlı qanun layihəsini müzakirə ediblər. Onun sözlərinə görə, sənəd boğazda gəmiçiliyin tənzimlənməsinin müxtəlif aspektlərini əhatə edir. Lakin o, layihənin bütün detallarını açıqlamayıb.
Hacı-Babai Tehranın ABŞ və İsrailə xəbərdarlıq etdiyini də açıqlayıb:
“Əgər Livana qarşı hücumlar dayandırılmasa, İran cavab tədbirləri görəcək və Bab əl-Məndəb boğazını bağlayacaq.
Bundan əvvəl Fars agentliyi də Hörmüz boğazına nəzarətin İranın əlində qalacağını yazmışdı.
Məlumata görə, Tehranın hazırladığı qanun layihəsində ABŞ-la mümkün razılaşma əldə olunsa belə, boğazın idarə olunması, marşrutların müəyyənləşdirilməsi, hərəkət cədvəlləri, keçid qaydaları və icazələrin verilməsi səlahiyyətlərinin İran tərəfində qalacağı nəzərdə tutulur.
Əliyar Xəlil