putin zelenski 900x472 1

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinə ünvanladığı açıq məktub Kiyevlə Avropa İttifaqının (Aİ xarici siyasət rəhbəri Kaya Kallas arasında fikir ayrılıqlarına səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, bunu jurnalist Aleks Xristoforu “The Duran”ın YouTube kanalında danışıb.

Xristoforu xatırladıb ki, Kallasın Rusiya ilə danışıqlar üçün müəyyən şərtlər irəli sürməsindən sonra bu məsələ ətrafında çoxsaylı mübahisələr yaranmışdı:

“Zelenski isə özbaşına hərəkət edərək və kifayət qədər cəsarətli məktubu ilə Kallasın tövsiyələrini nəzərə almadan addım atıb. Xanım diplomat onun bu addımını bağışlamayacaq.

Avropa İttifaqı hazırda Rusiya ilə danışıqlar apara biləcək və bütün tərəfləri qane edəcək vasitəçi axtarır, lakin Ukraynanın addımları bu koordinasiyanı poza bilər.

Avropalılar anlayırlar ki, cəbhədə vəziyyət getdikcə daha kritik xarakter alır. Onlara təcili şəkildə danışıqlar lazımdır, təhdidlər və Putinin qəbul etməyəcəyi reallıqdan uzaq tələblər yox”.

Xatırladaq ki, iyunun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinə açıq məktubla müraciət edərək müharibəyə son qoymaq məqsədilə şəxsi görüşün tarixinin müəyyənləşdirilməsini təklif edib.

O, görüşün keçirilməsi üçün mümkün məkanlar kimi İsveçrəni, Türkiyəni və ərəb ölkələrini göstərib.

Məktubda qeyd olunub ki, danışıqlar dövründə Ukrayna tam atəşkəsə hazırdır. Zelenski əlavə edib ki, atəşkəs rejiminə nəzarəti ABŞ həyata keçirə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: