1710349321.mariya zaxarova 900x643 1

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan vətəndaşlarını qarşıdan gələn seçkilərdə ölkələrinin maraqlarını nəzərə alaraq seçim etməyə və İrəvanı xilas etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Zaxarova bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Rusiya heç vaxt erməni xalqına qarşı addımlar atmayıb və hər zaman Ermənistana dəstək göstərib.

“Biz erməni xalqını hər cür dəstəkləmişik, onlara kömək etmişik və bəzi hallarda sadəcə xilas etmişik. Lakin yekun qərarı Ermənistan vətəndaşları verməlidir”, – deyə Rusiya XİN rəsmisi bildirib.

Zaxarova qeyd edib ki, ölkənin gələcəyi ilə bağlı seçim etmək Ermənistan vətəndaşlarının məsuliyyətidir və bu qərar dövlətin sonrakı inkişaf istiqamətini müəyyənləşdirəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: