5P0rQoZT8IWUdvJfaR1Kpawb3hAK0bvBpniCS77y 1200

Professor Vəli Baxşəliyevin Naxçıvanın qədim tarixi ilə bağlı araşdırmaları nəticəsində İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb.

Yazıda Urartu hökmdarları İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir. Onların indiki Ərəzin kəndindən keçərək Araz çayının cənubunda yerləşən Pluadi ölkəsində Tanrı Xaldiyə qurban kəsməsindən bəhs olunur.

Sözügedən yazı hansı dövrlərə aiddir? Bu tapıntı Azərbaycanın qədim tarixi ilə bağlı araşdırmalarda necə yer alacaq, nəyi dəyişəcək? Materialda həmçinin Sisian ərazisinin də adı keçir, özünü Urartunun davamçısı hesab edən Ermənistanla bu mövzuda ortaq araşdırma aparmaq mümkündürmü?

Globalinfo.az-a danışan tarixçi və politoloq Faiq Ələkbərli bildirib ki, Urartu dövləti eramızdan əvvəl IX əsrdə meydana gəlib:

“İşpuini və Menua adlı hökmdarlar eramızdan əvvəl IX əsrin sonu – VIII əsrin əvvəllərində fəaliyyət göstəriblər. Onların dövründə bir çox ərazilərə yürüşlər təşkil olunub. Çünki dövlətin əsas ərazisi indiki Şərqi Anadolu idi. Daha dəqiq desək, Van gölü ətrafında hakimiyyət quran bu hökmdarlar zaman-zaman Cənubi Azərbaycana, o cümlədən Naxçıvana yürüşlər ediblər. Hətta onların dini mərkəzləri də Cənubi Azərbaycanda yerləşib. Dini mərkəzin Urmiya ətrafında olması səbəbindən Naxçıvandan keçərək öz tanrılarına qurban kəsirdilər.

Urartu dövləti ümumiyyətlə mənşə baxımından ən mübahisəli dövlətlərdən biri hesab olunur. Azərbaycanlı və türkiyəli bir çox tədqiqatçılar bu dövləti türk mənşəli hesab edirlər. Bəzi tarixçilər isə urartuları Şimali Qafqaz xalqlarına aid edirlər. Ermənilər isə israrla Urartunun erməni dövləti olduğunu deyirlər.

faiq elekberli e1746428830450
Faiq Ələkbərli

Hesab edirəm ki, Urartu dövlətinin bugünkü ermənilər və ya haylarla bağlı olması inandırıcı deyil. Çünki Urartunun ən çox təmasda olduğu xalqlar türk xalqları idi. Dil baxımından da müəyyən oxşarlıqların olduğu qeyd edilir. Bununla belə, Urartunu birmənalı şəkildə türk dövləti adlandırmaq da düzgün olmazdı. Ancaq bu dövlətin ərazisində türksoylu əhalinin mövcudluğu ilə bağlı müxtəlif fikirlər var.

Ermənilərə məhz bu məsələlərlə bağlı ortaq araşdırma təklif olunub. Lakin onlar bunu qəbul etmirlər. Ermənistan ərazisindəki bir çox abidələr, kitabxanalarda saxlanılan tarixi əsərlər belə Urartunun kimə məxsus olması ilə bağlı müzakirələr aparmağa əsas verir. Buna görə də onlar məsələdən yayınırlar”.

mpchdEpmHA8h0EhV8GJWtHBNyMYYJjVGVA6TYnNm 1200

Turan Rzayev
Globalinfo.az

Paylaş: