ABŞ Prezidenti Donald Tramp Türkiyədəki səfir Tom Barrakı İraq üzrə xüsusi nümayəndəsi təyin edib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Türkiyədə səfir kimi müstəsna fəaliyyət göstərən ABŞ səfiri Tom Barrakın Prezidentin Suriya üzrə xüsusi nümayəndəsi ilə yanaşı, İraq üzrə də xüsusi nümayəndəsi təyin olunacağını məmnunluqla bildirirəm. Biz Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığımızı inkişaf etdiririk və onlarla münasibətlərimiz möhkəmlənməkdə davam edir”, – Tramp yazıb.
ABŞ Prezidenti əlavə edib ki, Tom Barrak Türkiyədə səfir vəzifəsində qalacaq və fəaliyyətini ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə davam etdirəcək.
Qeyd edək ki, Tom Barrak 2025-ci ilin aprelində ABŞ-ın Türkiyədəki səfiri təyin olunub. Həmin ilin may ayında isə Donald Tramp onu Suriya üzrə xüsusi nümayəndə vəzifəsinə gətirib.
Aysel Əliyeva
Globalinfo.az