“Rusiya Ermənistanın Avropa İttifaqına (Aİ) yönəlmiş xarici siyasət kursunu davam etdirəcəyi təqdirdə qaz sazişini dayandıracaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Ermənistanın Aİ-yə üzvlük prosesi davam edərsə, Moskva 2 dekabr 2013-cü il tarixli “Təbii qaz, neft məhsulları və emal olunmamış təbii almazların tədarükü sahəsində əməkdaşlıq haqqında Saziş”i birtərəfli qaydada dayandıracaq və ya ləğv edəcək”, – diplomat qeyd edib.
Məlumata görə, müvafiq məktub Rusiyanın İrəvandakı səfirliyi tərəfindən Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə təqdim olunub.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkənin Avrasiya İqtisadi İttifaqında qalması məsələsini özü deyil, Ermənistan xalqı həll edəcək.
Onun sözlərinə görə, hökumət cəmiyyətə sadəcə alternativ seçim təqdim edib.
Əliyar Xəlil
Globalinfo.az